Ən böyük onlayn kitabxananın yaradıcısı vəfat etdi

Maraqlı

23.10.2024 03:34

Stiver təxəllüsü ilə tanınan ən böyük onlayn kitabxana "Flibusta"nın yaradıcısı vəfat edib.

 

TodayPress bu bəradə Rusiya mətbuatına istinadən yazıb.

 

Bildirilib ki, Sentyabr ayında Stiver xəstəlik səbəbindən layihənin bağlandığını elan edib.

 

O, beyin şişi ilə xəstəxanaya yerləşdirilməsinə aydınlıq gətirib.

 

Məlumata görə,layihənin serverləri daha bir neçə həftədir ki bloklanıb.

 

“Flibusta” 2015-ci ilin yayından ölkədə yazıçı Rey Bredberinin üç kitabının (Eksmo nəşriyyatının tələbi ilə) qanunsuz yayılmasına görə bloklanıb.

 

Aynur TAC

tag: Stiver, Online Kitabxana, Flibusta, Xərçəng, todaypress.az,