Emosional tükənməni necə aradan qaldıraq?
Maraqlı
12.09.2024 14:10
Tükənmənin qarşısını sağlamlığınıza təsir etmədən əvvəl almaq lazımdır.
TodayPress “RİAMO”ya istinadən xəbər verir ki, psixoloqlar bu qənaətə gəliblər.
Tükənmənin əsas əlamətləri daimi yorğunluq, dağınıqlıq, dad problemləri və monoton emosional palitradır.
Bu vəziyyət yeni yaranan mərhələdə aradan qaldırılmalıdır, əks halda fiziologiyaya ciddi təsir göstərə bilər.
Bildirilib ki, tükənmişlikdən ən çox əziyyət çəkən insanlar işgüzar və mükəmməlliyə meyilli olanlardır. Bunun qarşısını almaq üçün psixoloqlar adi iş rejiminə müxtəliflik əlavələr etməyi məsləhət görüblər.
Məsələn, təmiz havada gəzmək, teatra və ya kinoya getmək buna kömək edə bilər.
Günəş Mərd
tag: Tükənmə, Dad Problemləri ,Yorğunluq ,Əlamətlər, Psixoloqlar, todaypress.az,