Əllərdə niyə ləkələr yaranır?
Maraqlı
03.08.2024 09:35
Əl dərisi günəş şüasına məruz qaldıqda ultrabənövşəyi radiasiya epidermisə təsir edir və bu zaman dəridə ləkələr əmələ gəlir.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq miqdarda insolyasiya melanositlərdə melanin istehsalını stimullaşdırır. Bu hüceyrələrdən bəziləri dərinin səthində qara ləkələrə səbəb olur. Onların bəziləri epidermisin dənəvər təbəqəsi nahiyəsinə yığılaraq piqmentasiyaya gətirib çıxarır.
Bu yığılma nəticəsində qəhvəyi və ya sarı-qəhvəyi rəngli ləkələr yaranır. Onlar əsasən üz, çiyinlər, sinə və əllərdə ortaya çıxır. Nadir hallarda ayaqlarda yaranır.
Vaxt keçdikcə bədən müxtəlif zəhərli maddələri effektiv şəkildə kənara çıxarmır, bu da dəridə belə ləkələrin yaranmasına səbəb olur. Bəzən bunlar qaraciyər problemlərinin əlaməti də ola bilir.
Əllərdə piqment ləkələrini aradan qaldırmazdan əvvəl əksər mütəxəssislər onların yaranmasının əsas səbəbini öyrənməyi məsləhət görürlər. Qaraciyərin və böyrəklərin işini yoxlamaq, həmçinin helmintik infestasiya ehtimalı ilə bağlı əlavə tədqiqatlar aparmaq tövsiyə olunur.
Günəş Mərd
tag: Əl Dərisi, Piqment, Ləkə,Günəş Şüası, todaypress.az,