Elektron burun hazırlandı
Maraqlı
22.10.2024 17:25
Norveç alimləri elektron burun hazırlayıblar.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, sözügedən burun diaqnoz qoyulmamış xəstəlikləri, təhlükəli qazları və xarab olmağa başlayan qidaları aşkar etməyə kömək edir.
Cihazın yalnız bir antena ilə təchiz edilməsinə baxmayaraq, onun dəqiqliyi 96,7% səviyyəsindədir.
Üstəlik, yeni texnologiya izomerləri - eyni kimyəvi formullu, lakin müxtəlif molekulyar quruluşa malik olan maddələri fərqləndirməyi bacarır ki, bu, hətta ən müasir mövcud qoxu tanıma cihazlarının imkanlarından üstündür.
Elektron burun artıq meyvə və ət kimi qidaların təzəliyini təyin etməkdə əla nəticələr göstərib.
Elm adamları yaxın zamanda yeni elektron burunun tibbi diaqnoz üçün istifadə edilə biləcəyini də diqqətə çatdırıblar.
Günəş Mərd
tag: Norveç, Elm, Qida,Elektron Burun,Cihazlar, todaypress.az,