Dünyanın ən zəngin 3 bürcü açıqlandı

Maraqlı

20.07.2024 08:58

Dünyanın ən zəngin insanlarının bütün əhalinin cəmi 1%-ni təşkil etdiyini bilirdinizmi? Eyni zamanda milyarderlərin başqa bir ortaq cəhəti də var: onların bürcləri!

TodayPress zəngin olmaq üçün doğulan həmin bürcləri təqdim edir.

Tərəzi (23 sentyabr - 22 oktyabr)

Tərəzilər dünya milyarderlərinin 12%-ni təşkil edir. Venera tərəfindən idarə olunan və ədalət tərəzisi ilə təmsil olunan Tərəzilər güclü estetik hisslərə malikdirlər. İstedadlı olaraq da tanınan bu bürcün nümayəndələri geniş sosial çevrəyə meyllidirlər. Buna görə də, onlar tez-tez öz zövqlərindən elit sosial dairələrə dəvət olunmaq üçün istifadə edə bilərlər. Tərəzi bürcünün məşhur milyarderləri arasında Ralf Loren də var. O, dünyanın ən zəngin brend imperiyalarından birinə sahibdir.

Balıqlar (20 fevral – 20 mart)

Balıqlar dünya milyarderlərinin 11%-ni təşkil edir. Xüsusilə “xəyalpərəstlikləri” ilə seçilən Balıqlar bu xüsusiyyətlərini pula çevirməyi yaxşı bilirlər. Dünyanın ən böyük lüks mallar şirkəti olan “LVMH”-nin qurucusu və baş direktoru Bernard Arnault da bu bürcdədir. Digər Balıqlar bürcü milyarderləri arasında “Nike” şirkətinin həmtəsisçisi Fil Nayt və Rupert Merdok da var.

Buğa (20 aprel - 20 may)

Buğa bürcü dünya milyarderlərinin 10%-ni təşkil edir və astrologiyada sərvətin idarə olunduğu ikinci evin əlaməti kimi önə çıxır. Buğalar bəzəkli şeyləri və onları əldə etmək üçün çabalamağı sevirlər. Özünə hakim olmağı bacaran və inadkarlığı ilə seçilən bu personajlar həm də inkişafın nümayəndələridir. Onların məqsədi nəyin bahasına olursa olsun sabitlik və güzəştsiz rahatlıqdır. Milyarder Buğalar siyahısında “Facebook”-un baş icraçı direktoru Mark Zukerberq, dünyanın ən məşhur cihazlarını istehsal edən “Dyson” şirkətinin rəhbəri Ceyms Dayson kimi adlar yer alır.

Onu da qeyd edək ki, dünya milyarderlərinin 88%-i kişilər, 65%-i ağdərililər, 90%-i isə 50 və daha yuxarı yaşda olanlardır.

Nəzrin Cavadzadə

tag: Bürclər, Buğa, Tərəzi, Balıqlar, todaypress.az,