Dünyanın ən yaşlı insanı vəfat etdi
Dünyanın ən yaşlı insanı hesab edilən braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaş 326 günlük ömründən sonra vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə Fransanın "BFMTV" telekanalı məlumat yayıb.
O, 1908-ci il iyunun 8-də Braziliyanın San Françesko d'Assisi şəhərində anadan olub.
Lukasın ölümündən sonra dünyanın ən yaşlı qadını 115 yaş 252 günlük britaniyalı Ethel Katerhem hesab olunur.
Qeyd edək ki, təsdiqlənən ən uzun ömür 119 il 107 gün yaşayan yaponiyalı Keyn Tanakaya məxsusdur.
Türkan İsgəndərli
tag: Yaşlı,Braziliya,İnsan,Qadın,todaypress.az,