Dünyanın ən xoşbəxt ölkələri: Azərbaycan neçənci sıradadır?

Maraqlı

20.03.2025 11:30

1166

Finlandiya ardıcıl səkkizinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib. 

TodayPress xəbər verir ki, bu barədə "World Happiness Report" məlumat yayıb. 

Hesabatı hazırlayan Oksford Universitetinin Sağlamlıq Araşdırmaları Mərkəzi Azərbaycanı 106-cı yerdə qərarlaşdırıb.

ABŞ isə 24-cü yerdədir.

Bu, ölkənin bu araşdırma tarixindəki ən aşağı mövqeyidir.

Böyük Britaniya da reytinqdə 23-cü yerə enib.

İkinci və üçüncü yerləri yenə Danimarka və İslandiya tutub. Onlardan sonra İsveç gəlir.

Ən xoşbəxt ölkələrin ilk onluğuna Niderland, Kosta-Rika, Norveç, İsrail, Lüksemburq və Meksika da daxildir.

Ən bədbəxt ölkə olaraq yenə Əfqanıstan, ikinci yerdə Livan, Syerra Leone və Malavi qərarlaşıb.

Hesabatın müəllifləri müxtəlif ölkələrdə xoşbəxtlik səviyyələrini müəyyən etmək üçün altı əsas amildən istifadə edirlər: sosial dəstək, gəlir, sağlamlıq, azadlıq, səxavət və korrupsiyanın olmaması.

Sorğu zamanı bütün meyarlar yerli əhali tərəfindən qiymətləndirilir.

Sosioloqlar deyirlər ki, hökumətlər tez-tez sosial siyasətə düzəliş etmək üçün tədqiqat nəticələrinə baxırlar. 

Hesabatın dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir. 

Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən bəri hər il dərc olunur.

Töhfə Səməd

tag: Dünya,Xoşbəxtlik,Hesabatı,Azərbaycan,Sıralama,Todaypress.az,