Dünyanın ən varlı adamlarının yaşadığı şəhər
Maraqlı
14.11.2024 18:05
Dünyanın ən zəngin insanlarının yaşadığı şəhərlərin siyahısı açıqlanıb. Liderlər şəhərinin ilk üçlüyündə Nyu-York, Moskva və Honq-Konq qərarlaşıb.
TodayPress xəbər verir ki, son statistikaya görə, dünyadakı milyarderlərin ümumi sayı 2781 nəfərdir.
Rusiyada olan 125 milyarderdən 74-ü Moskvada yaşayır. Birləşmiş Ərəb Əmirliklərində 24 milyarder var ki, onlardan 21-i Dubaydadır. 110 nəfər Nyu-Yorkda, 74 milyarder isə Honq-Konqda məskunlaşıb.
Nyu-Yorkun ən varlı adamlarının ümumi sərvəti 694, Moskvada 378, Honq-Konqda isə bu rəqəm 326 milyard dollardır.
Növbəti iddialı şəhər isə Dubaydır. Bura investisiyalar və varlı vətəndaşlar üçün yeni cəlbedici mərkəzə çevrilib. Təsədüfi deyil ki, hazırda bir çox ölkənin vətəndaşı, xüsusəndə kifayət qədər böyük sərvətə sahib olan şəxslərin Dubaya fəal köçü müşahidə olunur.
tag: Dünya, Zəngin İnsanlar, Moskva, Nyu-York,Honq-Konq, todaypress.az,