Dünyanın ən uzun və ən qısaboylu qadını görüşdü

Maraqlı

22.11.2024 09:48

Dünyanın ən uzun qadını Rümeysa Gelgi və dünyanın ən qısa qadını Cyoti Amge tanış olublar.

TodayPress xəbər verir ki, 2 metr 15 sm boyu ilə dünyanın ən uzun qadını olan Rümeysa Gelgi və 62,8 sm boyu ilə dünyanın ən qısa qadını Cyoti Amge görüşərək 20-ci Ginnesin Rekordlar Gününü qeyd ediblər.

27 yaşlı türk veb tərtibatçısı Rumeysa Gelgi 2 metr 15,16 sm boyu ilə dünyanın ən uzun qadını kimi Ginnesin Rekordlar Kitabına düşüb.

30 yaşlı hind aktrisası Cyoti Amge 62,8 santimetr boyu ilə dünyanın ən qısaboy qadını rekorduna sahibdir.

Qadınların Londonda bir araya gəldikləri bildirilir.

Nərmin Tuncay

tag: Dünya, Rümeysa Gelgi, Cyoti Amge, Görüş, Uzun Boy, Balaca Boy, todaypress.az,