Dünyanın ən təhlükəli 10 məkanı – Ölmək istəmirsinizsə, uzaq durun!

Maraqlı

16.07.2024 15:55

Planetimizin müxtəlif guşələrində təbii və ya süni formada yaradılan təhlükəli ərazilər mövcuddur. Bu bölgələr macəra axtaranları cəlb etsə də, oraları ziyarət etmək həyatınızı təhlükə altına ata bilər. Bəs, dünyanın hansı bölgələrində, hansı təhlükələr mövcuddur?

TodayPress xəbər verir ki, Efiopiyanın şimalında yerləşən Dallol bölgəsi, orta temperaturu 35 dərəcə ilə dünyanın ən isti yerlərindən biridir. Lakin buradakı təhlükə sadəcə suyun temperaturu ilə bağlı deyil. Ərazidəki bir çox qeyzerlər həddindən artıq zəhərli qaz buraxdığı üçün bölgə, sözün əsl mənasında ruhlar şəhərinə çevrilib. 

Növbəti məkanımız İlan adasıdır. Braziliya sahillərindən təxminən 40 kilometr aralıda yerləşən İlan adası heç bir yerli əhalinin ayaq basmağa cəsarət etmədiyi yer kimi tanınır. Burada hər kvadratmetrə 5 ilan düşür. Ada dünyanın ən ölümcül sürünənlərindən biri olan qızılı nizə uclu ilanlarla doludur. 

Üçüncü ünvanımız isə Tanzaniyadakı Natron gölüdür. Gölün səthindəki qələvi duz qabığının pH dəyəri 9-a yaxındır ki, bu da heyvanların və insanların dərisinin yanmasına səbəb ola bilər. Göldə üzmək qadağandır. Əgər suya girməyə cəhd etsəniz, gölün səthindən çıxan hidrogen sulfid qoxusundan ölə bilərsiniz.  

Norz Sentinel adası isə indiyə qədər sadaladıqlarımızdan tamamilə fərqlidir. Çünki buranın yerli əhalisi onlara yaxınlaşan hər bir canlıya, hətta təyyarə, qayıq və digər nəqliyyat vasitələrinə hücum edirlər. Maraqlısı odur ki, Sentinel yerliləri Hindistan hökuməti tərəfindən qorunur və əcnəbi öldürsələr, mühakimə olunmurlar.

Cəhənnəm qapıları kimi tanınan Darvaza qaz krateri Türkmənistanda yerləşir və yeraltı mağaranın içərisində yaranmış təbii qaz yatağıdır. 1971-ci ildə geoloqlar qrupu metan qazının yayılmasının qarşısını almaq üçün onu yandırıblar, lakin o gündən bu yana həmin alov heç vaxt sönməyib. Qaraqum səhrasının mərkəzində yerləşən bu krater dünyanın ən təhlükəli yerlərindən biri kimi tanınır. 

Madidi milli parkı ilk baxışdan çox gözəl görünsə də olduqca təhlükəlidir. Boliviyada Amazon çayının yuxarı hövzəsində yerləşən bu milli park dünyanın ən zəhərli və aqressiv faunasına malikdir. Madidi milli parkındakı bitkilərdən hər hansı biri ilə təmas güclü qaşınma, səpgi və başgicəllənməyə səbəb ola bilər . Əgər bir yerinizdə kiçik də olsa yara və ya kəsik varsa, bu zaman ciddi xəstəliyə yoluxa bilərsiniz. 

7-ci məkan isə Avstraliyanın Freyzer adasıdır. Digər turistik adalardan fərqli olaraq, burada müxtəlif zəhərli hörümçək növləri, son dərəcə aqressiv və genetik cəhətdən canavarlara daha yaxın vəhşi dinqo itləri, ölümcül meduza və köpəkbalıqları yaşayır. Turistlərin qorxulu məkanı olan bu ada yüz illərdir ki, mövcuddur. 

Sona yaxınlaşdıqca məkanların təhlükə faizi də artmağa başlayır. Növbəti ünvanımız Ölüm Vadisidir. Susuz cəmi 14 saat yaşaya biləcəyiniz bu vadi Amerikada yerləşir. Bu günə qədər planetimizdə qeydə alınan ən yüksək istilik - 56,7 dərəcə məhz bu başgicəlləndirici səhrada qeydə alınıb. 

Nəhayət gəldik sonuncu məkana. Namibiyanın şimalında yerləşən məşhur Skelet sahili  dünyanın ən ölümcül yerlərindən biri hesab olunur. Bu təhlükəli sahilin iqlim şəraitində sağ qalmaq qeyri-mümkündür. Sahil boyunca əsən isti külək, qida və su çatışmazlığı onu təcrid olunmuş əraziyə çevirib.    

Töhfə Səməd

tag: Dünya, Məkanlar, Təhlükə, Skelet, Namibiya, Ölüm Vadisi, todaypress.az,