Dünyanın ən qədim pendiri tapıldı
Maraqlı
04.10.2024 18:15
Arxeoloqlar içində çinli mumiya olan tabutu tədqiq edərək dünyanın ən qədim pendirini tapıblar.
TodayPress xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Qeyd edək ki, 3600 illik tabut bir qıza məxsus olub və təxminən 20 il əvvəl Xiaohe şəhərində aşkar edilib. Tədqiqat zamanı elm adamları onun boynunda bəzək əşyasına bənzəyən qəribə bir maddənin qoyulduğunu müəyyən ediblər. “Cell” jurnalında dərc edilən yeni araşdırmaya görə, gənc çinli qadın pendirlə basdırılıb.
Tədqiqatçılar qeyd edib ki, bütün bu illər ərzində yumşaq pendir quru və sıx toza çevrilib. Elm adamları tapılan məhsulun inək və keçi südündən hazırlandığını müəyyən edə biliblər. Bu, genetik olaraq laktoza dözümsüz olan Xiaohe xalqının süd məhsullarını necə istehlak etdiyini də aşkara çıxarıb.
Töhfə Səməd
tag: Dünya ,Pendir ,Qədim ,Tədqiqatçılar ,Elm Adamları ,todaypress.az,