Dünyanın ən ölümcül 7 bitkisi
Maraqlı
18.07.2024 14:22
Dünyada 390 minə yaxın bitki növü məlumdur. Onların əksəriyyəti zərərsiz olsa da, bəziləri insanları zəhərləyə və ya öldürə bilər.
TodayPress xəbər verir ki, dünyada ən zərərli bitki tütündür. O ən çox yetişdirilən kommersiya bitkisidir. Tütündən istifadə hər il 5 milyondan çox insanın ölümünə səbəb olur ki, bu da onu dünyanın ən ölümcül bitkisi edir.
Təsbeh çiçəyinin (Rosacea) tərkibində abrin proteini var. Yetkin bir insanı öldürmək üçün cəmi 3 mikroqram abrin kifayətdir. Tropik bölgələrə xas olan bu bitki tez-tez zərgərlik və təsbehlərdə istifadə olunur. Zərgərlər bu toxumlarla işləyərkən əllərində hər hansısa cızıq və ya kəsiyin olmamasına diqqət edirlər. Çünki balaca bir təmas onların ağır xəstəliyə düçar olması və ya ölməsi ilə nəticələnə bilər.
Oleander çox vaxt bəzək üçün yetişdirilsə də, olduqca təhlükəli və öldürücüdür. Bu bitkidən zəhərlənən zaman qusma, ishal, nəbz, qıcolma, komaya düşmə və ya ölüm halları baş verir. Bundan əlavə, bitkinin yarpaqları və şirəsi ilə təmas bəzi insanlarda dərinin qıcıqlanmasına səbəb olur.
Belladonna çiçəyi. Mərkəzi Avrasiyanın meşəlikləri və ya çöllüklərində yetişən bu bitkinin gövdəsində , yarpaqlarında, meyvəsində və köklərində atropin və skopolamin maddələri var. Bu maddələr əzələlərin keyiməsinə, o cümlədən ürəyin iflicinə səbəb olur.
Hind yağı və ya Gənəgərçək kimi tanınan bu bitkinin ana vətəni Afrikadır. Emal edildikdən sonra olduqca faydalı olan bu bitki, saf halı ilə özündə risin zəhərini ehtiva edir. Uşağları öldürmək üçün 1, böyüklər üçün isə 8 toxum kifayətdir. Bu zəhərdən 1978-ci ildə Bolqarıstan hökumətinin əleyhinə danışan jurnalist Georgi Markovu öldürmək üçün istifadə edilib.
Növbəti bitkimiz isə Abraham Linkolnun anası Nensi Henksin ölümünə səbəb olan ağ ilan köküdür. Bu bitkinin tərkibində trematol kimi tanınan zəhərli spirt mövcuddur. Henks bu bitkini otlayan inəyin südünü içərək zəhərlənib. Bu bitkinin kökünü yeyən heyvanın həm əti, həm də süd məhsulları insanları zəhərləməyə kifayət edir.
Töhfə Səməd
tag: Dünya, Bitki, Ölümcül, Abraham Linkol, Trematol, Henks, todaypress.az,