“Dünyanın ən nadir balinası” Yeni Zelandiya sahillərinə çıxdı
Maraqlı
16.07.2024 17:19
Bu ayın əvvəlində Yeni Zellandiya çimərliyində ölü tapılan balina, elm adamları tərəfindən araşdırılaraq, avar dişli balina olduğu müəyyən edilib.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Alimlərin sözlərinə görə, bu, o qədər nadir bir növdür ki, daha əvvəl heç vaxt o canlı olaraq müşahidə edilməyib.
Beş metr uzunluğundakı dimdikli canlının kimliyi rəng naxışlarından, kəllə sümüyündən, dimdiyindən və dişlərinin formasından müəyyən edilib.
Tədqiqatçılar deyirlər ki, cəsədin tapılması onlara növ haqqında vacib yeni məlumatları öyrənməyə kömək edə bilər.
Qeyd edək ki, avar dişli balinalar böyük məməli növlər arasında ən az bilinəndir və dünyada yalnız altı nümunəsi mövcuddur.
Töhfə Səməd
tag: Yeni Zenlandiya,Alimlər,Balinalar, Tədqiqatçılar, Dünya, todaypress.az,