Dünyanı silkələyən Cənubi Afrikalı - İlon Maskla bağlı ən maraqlı faktlar
Maraqlı
28.06.2024 09:00
Bu gün Space Exploration Technologies (SpaceX ) qurucusu və direktoru İlon Maskın doğum günüdür.
TodayPress dünyanın diqqət mərkəzində olan İlon Maskın şəxsi həyatı ilə bağlı ən maraqlı faktları təqdim edir.
İlon Mask 1971-ci iyunun 28-də Cənubi Afrikanın paytaxtı Pretoriada dünyaya gəlib.
Ana tərəfdən Britaniya, ata tərəfdən isə Afrikanlıdır.
Anası Kanadanın Saskaçevan şəhərində anadan olmuş və Cənubi Afrikada böyümüş model və dietoloq Maye Muskdır.
Atası Errol Musk Cənubi Afrikalı elektromexanik mühəndisi, pilot, dənizçi və Tanqanika gölü yaxınlığında Zambiya zümrüd mədəninin sahibi olan daşınmaz əmlak agenti idi.
3 uşaqlı ailənin ilk övladı olan Maskın özündən başqa Kimbal adlı qardaşı və Toska adlı bir bacısı var.
1989-cu ildə Kanadada fermada və mişar zavodunda çalışıb.
1980-ci ildə atası anasından boşandıqdan sonra Mask atası ilə yaşamağı seçsə də sonralar bu seçiminə görə peşman olur və atasından uzaqlaşaraq Kanadaya yerləşib
İlon Mask Cənubi Afrika, Kanada və ABŞ vətəndaşlığına malikdir.
Uşaqlığını kitablar və kompüterlərin əhatəsində keçirib.
İntrovert xarakterində olduğu üçün uşaqlıqda məktəb yoldaşları tərəfindən bəyənilmirdi və onu həmişə yanlarından uzaqlaşdırıblar.
İlk proqram satışını 12 yaşında ikən yazdığı “Blastar” adlı kosmik oyununu təxminən 500 dollara sataraq edib.
Bryanston Liseyində 9-cu sinifi bitirdikdən sonra Pretoria Oğlan Liseyində təhsilini davam etdirib və oradan məzun olub.
1988-ci ildə 17 yaşı tamam olanda Cənubi Afrika ordusunda hərbi xidmətdən yayınmaq üçün evi tərk edib.
1992-ci ildə Ontario ştatının Kinqston şəhərindəki Queens Universitetində iki il təhsil aldıqdan sonra, Pensilvaniya Universitetində biznes və fizika üzrə təhsil almaq üçün Kanadanı tərk edib. Pensilvaniya Universitetinin “The Wharton School”da İqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Həmçinin Pensilvaniya Universitetinin İncəsənət və Elmlər Məktəbində fizika üzrə təhsil alıb. Daha sonra Mask, Tətbiqi Fizika və Material Elmləri üzrə doktorluq dərəcəsi almaq üçün Kaliforniyanın Silikon Vadisi ərazisinə köçüb. Lakin doktorluq dərəcəsini tamamlaya bilməyib
"Asperger" sindromu adı verilən psixi pozuntdan əziyyət çəkir.
Həftədə 80 saat işləyir və mühəndislərindən də bu qədər saat işləməsini gözləyir.
İlon Mask birinci həyat yoldaşı kanadalı Castin Uilsonla Kanadanın Ontario şəhərindəki Kraliça Universitetində oxuyarkən tanış olublar. Onlar 2000-ci ildə evləniblər.
2002-ci ildə onların ilk övladı doğulub. Lakin körpə 10 həftəlik olarkən ölüb.
Cütlük ailə həyatlarını davam etdirmək üçün in vitro mayalanma üsulundan istifadə etmək qərarına gəliblər. Onların 2004-cü ildə əkiz, 2006-cı ildə isə üçəm övladları dünyaya gəlib.
Lakin evliliklərinin ömrü uzun olmur və onlar 2008-ci ildə boşanaq qərarı verirlər. Uşaqlarının qəyyumluğunu isə paylaşırlar.
Maskın əkiz övladlarından biri (qız olan) 2022-ci ildə cinsiyyətini dəyişib. Cinsiyyət dəyişdirdikdən sonra Mask ilə əlaqələrini qoparıb. Ansının soyadına keçib.
2010-cu ildə Mask ikinci dəfə ailə həyatı qurmaq qərarına gəlir və bu dəfə o, britaniyalı aktrisa Talulah Rayli ilə nikah masasına oturur. Lakin bu evliliyin də ömrü uzun olmur. Cütlük 2012- ci ildə boşanır.
2018-ci ildə Mask kanadalı musiqiçi Qrayms ilə birlikdə olduqlarını açıqlayır və cütlüyün bu bərabərlikdən 2020-ci ilin mayında bir oğlu düyaya gəlir.
Hazırda İlon Maskın 12 uşağı var.
İlon Mask son illər tez-tez ictimai ünsiyyətində səhvlərə yol verib, təxribat xarakterli tvitlər göndərib və sonradan üzr istəməyə məcbur olub.
2018-ci ildə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Tesla-nın şəxsi ələ keçirilməsini maliyyələşdirdiyinə dair yanlış tweet atdığına görə Musku məhkəməyə verib.
GÜNEL
tag: İlon Mask, Tesla, Cənubi Afrika, Kanada, SpaceX, todaypress.az,