Dünyadan təcrid olunmuş FÜSUNKAR MƏKAN

Maraqlı

17.12.2024 15:30

Tristan da Cunha dünyanın ən ucqar adası hesab olunur.

TodayPress xəbər verir ki, adaya ən yaxın ərazi 2334 km şimalda yerləşən Müqəddəs Yelena adasıdır. 

Ən yaxın kontinental şəhər isə 2778 km şərqdəki Cənubi Afrika Respublikasının paytaxtı Keyptaundur.

Adada təxminən 250 nəfər adam yaşayır. Ətraf aləmdən təcrid olunması və yerli əhalinin azlığına görə bu ada dünyada yaşamaq üçün ən füsunkar və unikal yerlərdən biri sayılır.

Cunhada hava limanı yoxdur, yalnız kiçik bir liman var. Adada sosial obyekt kimi məktəb, xəstəxana, poçt şöbəsi, muzey, şirniyyat dükanı, bar, hovuz, qolf meydançası, fabrik və kilsə mövcuddur. Bununla yanaşı xəstəxanada cəmi bir həkim və beş tibb bacısı fəaliyyət göstərir.

Bu adaya getmək istəyirsinizsə, əvvəlcə Keyptauna çatmalısınız. Daha sonra yalnız 12 sərnişin tutumu olan bir balıqçı gəmisinə minməlisiniz. Bu səyahət dünyanın ən sərt dalğaları üzərində təxminən 1 həftə davam edir. 

Töhfə Səməd

tag: Ada, Dünya,Təcrid, Füünkar ,todaypress.az,