Dünyada ilk: Xərçəngə qarşı peyvənd hazırlanır
Maraqlı
23.08.2024 09:46
Xərçəng dünyada ən çox yayılmış xəstəliklərdən biridir. Bu xəstəlik hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olur.
TodayPress xarici mediaya iistinadən xəbər verir ki, mütəxəssislər bədənə xərçəng hüceyrələrini tapıb öldürməyi və onların geri qayıtmasının qarşısını alan yeni peyvəndi sınaqdan keçirməyə başlayıblar.
“BioNTech” tərəfindən istehsal olunan və “BNT116” adlanan bu peyvənd ağciyər xərçənginin ən çox yayılmış növü olan kiçik hüceyrəli olmayan ağciyər xərçəngini (KHDAK) müalicə etmək üçün nəzərdə tutulub.
Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə daxil olmaqla yeddi ölkədə peyvəndin sınaqlarına başlanılıb. Ümumilikdə, 130 xəstə bu sınaqda iştirak edəcək.
Bu üsul, kimyaterapiyadan fərqli olaraq daha təhlükəsiz müalicə prosesi təklif edən sağlam hüceyrələrə zərər vermədən insanın immun reaksiyasını gücləndirməyi hədəfləyir.
Günəş Mərd
tag: Böyük BritaniyaABŞ, Almaniya, Macarıstan,Polşa,Dünya, Xərçəng, todaypress.az,