Dünyada ilk: Fəalliyyətdə olan ürək nəqli edildi

Maraqlı

05.05.2025 11:35

9

Dünyada ilk dəfə fəaliyyətdə olan ürəyin nəqli həyata keçirilib.

TodayPress xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, əməliyyat Tayvan Milli Tibb Universitetinin (NTUH) alimləri tərəfindən aparılıb.

Ənənəvi ürək transplantasiyası orqana qan axınını dayandıran "soyuq saxlama" üsuluna əsaslanır.

Alimlər oksigenlə zəngin qanı donordan resipiyentə, yəni fasiləsiz və ya soyuq saxlama olmadan ürəyə çatdıran sistem hazırlayıblar.

Qeyd edək ki, orqanlara qulluq sistemi nasoslar, oksigenatorlar və rezervuarlardan istifadə edərək ürəyin bədəndən kənar işini dəstəkləyir. 

Nicat Osman

tag: Tayvan,Ürək,Əməliyyat,İlk,Todaypress.az,