Dostundan bəyə qeyri-adi toy hədiyyəsi
Maraqlı
02.06.2024 15:17
Türkiyədə TIR sürücüsü olan bəyə dostunun verdiyi qeyri-adi toy
hədiyyəsi gündəm olub.
TodayPress Türkiyə mediasına istinadla xəbər verir ki,
Qaziantep şəhərində baş tutan toyda bəyin dostu cütlüyə, dəyəri 15 min türk
lirəsi olan TIR təkəri hədiyyə edib. Onun bu addımı hər kəsin təəccübünə
səbəb olub. Bu addımın cütlüyün gələcəkdə xoş xatirəsinə çevriləcəyini deyən
İbrahim Göyəbaxan: "Yük daşıma ilə məşğul olduğu üçün dostum onsuz da
qızılları toydan sonra satıb təkər alacaqdı. Mən də ona ən çox lazım olan şeyi
hədiyyə etdim" deyə vurğulayıb.
tag: TIR, Türkiyə,Qaziantep,Toy,todaypress.az,