Dişlərə zərər verən vərdişlər açıqlandı
Maraqlı
16.09.2024 18:45
Ağız sağlamlığını qorumaq üçün gündəlik evdə qulluq vacibdir, lakin bir çox insanlar hələ də keyfiyyətli dişlərin təmizlənməsi ilə bağlı yanlış təsəvvürlərə malikdirlər.
TodayPress xəbər verir ki, dişlərə zərər verən bir sıra vərdişlər açıqlanıb.
Həkimlər bildiriblər ki, bir çox insanlar yeməkdən dərhal sonra dişlərini fırçalamağın faydalı olduğuna inanırlar, lakin bu, doğru deyil. Yeməkdən dərhal sonra ağızda olan tüpürcəyin miqdarı artır. Tüpürcəyin tərkibində isə qidaları parçalayan fermentlər və turşular var. Bu, diş minasını yumşaldır və zədələnməsini asanlaşdırır, ona görə də fırçalamadan əvvəl 30 dəqiqə gözləmək lazımdır.
Qeyd olunan başqa bir səhv dişləri çox sərt və ya səthi fırçalamaqla bağlıdır. Birinci halda diş əti zədələnir, ikinci halda isə bütün diş əti təmizlənmir.
Fırçanı ağıza 45 dərəcə bucaq altında yerləşdirmək və dişləri ən azı iki dəqiqə dairəvi hərəkətlərlə fırçalamaq daha düzgündür.
Həmçinin sərt diş fırçasından istifadə etmək olmaz. Çoxları düşünür ki, fırça nə qədər sərt olsa, dişləri bir o qədər yaxşı təmizləyir, amma əslində bu, mina və diş ətinin zədələnməsinə səbəb olur.
Diş fırçanızı nizamsız olaraq dəyişdirmək də ağız sağlamlığına zərər verə bilər. Fırça hər ay dəyişdirilməlidir, çünki köhnəlmiş fırçalarda çoxlu bakteriya var və deformasiya edilmiş tüklər dişləri effektiv şəkildə təmizləmir. Fırçanı qutuda və ya tualetin yanında saxlamaq olmaz. Bu, bakteriyaların çoxalması üçün əlverişli bir mühit yarada bilər.
Günəş Mərd
tag: Dişlər ,Fırça ,Sağlamlıq ,Deformasiya, Köhnəlmiş Fırçalar, todaypress.az,