Diqqət! Toyuğun bu hissəsini yemək olmaz!

Maraqlı

01.08.2024 09:37

Toyuqdan saysız-hesabsız yemək hazırlanır. O, süfrəmizin əvəzolunmaz məhsullarından biridir.

Amma onun elə hissələri var ki, istehlak edilməsi məqsədə uyğun deyil.

TodayPress məlumat verir ki, söhbət toyuğun  ağciyərlərindən, başından və quyruğundan gedir.  

Toyuğun ağciyərlərində çoxlu parazit və bakteriyalar var. Yüksək temperaturda bişirildikdən sonra belə, bəzi bakteriyalar sağ qalır. Onlar insan bədəninə düşdükdən sonra asanlıqla xəstəlik yarada bilirlər. Ona görə də toyuq ciyərini yemək məsləhət görülmür. 

Ən çox parazit və bakteriyalar toyuq quyruğunda olur. Bu hissə nə qədər dadlı olsa da, sağlamlığınız naminə ondan az istifadə etsəniz daha yaxşı olar.  

Toyuq orqanizimində maddələr süzüldükdən sonra toyuğun başında toplanır. Ola bilsin ki, bir və ya iki toyuq başı yemək sizə təsir etməyəcək, amma çox yesəniz, əlbətdəki bu zərərli maddələr orqanizminizə daxil olacaq və sağlamlığınıza müəyyən mənfi təsirlər göstərəcək.

Günəş Mərd

tag: Toyuq, Orqanizm, Yemək, Zərər, Maddələr, todaypress.az,