Dinozavrları məhv edən meteoritlə bağlı ilginc fakt
Maraqlı
02.08.2024 17:30
Alimlər dinozavrların kütləvi şəkildə yox olması ilə quşların təkamülünün sürətlənməsi arasında müəyyən əlaqə aşkar ediblər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, dinozavrlar 66 milyon il əvvəl Yerə nəhəng meteorit düşən zaman yoxa çıxıblar.
Fəlakət nəticəsində dinozavrlarla yanaşı, planetimizdəki canlı orqanizmlərin də 75 faizi məhv edilib. Tədqiqatlar zamanı məlum ki, bu hadisə quşların DNT nukleotidlərində müəyyən dəyişikliklərə səbəb olub.
Belə ki, həmin fəlakətdən 3-5 milyon il sonrakı quşlar daha kiçik ölçülərə malik olublar.
Bundan əlavə, bir çox quşların embrion inkişafı prosesi də dəyişib, bunun nəticəsində cücələr artıq yumurtadan daha zəif çıxmağa başlayıb.
Mütəxəssislər qeyd ediblər ki, bu kəşf quşların tarixi inkişafı ilə bağlı təkamül biologiyasının bir çox aspektlərinə yenidən baxmağa imkan verəcək.
Günəş Mərd
tag: Dinozavr, DNT, Tədqiqat, Alimlər, Meteorit, todaypress.az,