Dinozavr skeleti hərracda rekord qiymətə satıldı
Maraqlı
18.07.2024 10:59
Nyu-Yorkda “Sotheby's” hərracında böyük bir dinozavrın skeleti 44,6 milyon dollara satılıb.
TodayPress, “BBC”yə istinadən xəbər verir ki, bu, indiyə qədər bir skelet üçün ödənilən ən böyük məbləğdir.
Apex ləqəbli bitki yeyən steqosaurusun hündürlüyü 3,4 metr, uzunluğu isə 8.22 metr olub. Arxeoloqlar onun bu günə qədər tapılmış ən mükəmməl skeletlərdən biri olduğunu deyib.
Eksponatı alan şəxs isə bildirib ki, Apex Amerikada anadan olub və Amerikada qalacaq.
Xatırladaq ki, Apex 2022-ci ildə ABŞ-ın qərbindəki Kolorado ştatında təsadüfən tapılıb.
Töhfə Səməd
tag: Dinozavr, Skelet, Hərrac, Arxeoloqlar, ABŞ, Amerika, TODAYPRESS.AZ,