Dinozavr dərisindən çanta hazırlanacaq
Britaniyalı alimlər qədim dövrdə yaşamış tirannozavrın dərisindən çanta hazırlamağı planlaşdırırlar.
TodayPress xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Alimlər tirannozavrın dərisini laboratoriya şəraitində, bu növə məxsus daşlaşmış qalıqlardan istifadə edərək yenidən "bərpa etməyi" planlaşdırırlar. Yaradılacaq materialın bioloji parçalanma qabiliyyətinə malik olacağı bildirilir.
Layihə çərçivəsində "VML", "The Organoid Company" və "Lab-Grown Leather Ltd" şirkətləri arasında əməkdaşlıq nəzərdə tutulur. Laboratoriyada yaradılacaq daşlaşmış kollagen ənənəvi dəri ilə struktur baxımından eyni materialın istehsalı üçün nümunə rolunu oynayacaq.
Əgər eksperiment uğurlu alınsa, bu çantalar 66 milyon il əvvəl yaşamış qədim sürünənin dərisindən hazırlanmış ilk tarixi əşyalar olacaq.
“Ən çətin hissə hüceyrələrdən dəri yaratmaq idi və biz bunu artıq bacardıq. Qarşıdakı mərhələlər üçün hazır texnologiyalardan istifadə ediləcək, buna görə də layihənin qısa müddətdə həyata keçiriləcəyinə ümid edirik” deyə alimlər əlavə edib.
Töhfə Səməd
tag: Britaniya,Tirannozavr,Dəri,Alim,Çanta,todaypress.az,