Dəriyə qulluq zamanı edilən əsas səhvlər
Maraqlı
22.10.2024 17:45
Qadınların əksəriyyəti dəriyə düzgün qulluq etmirlər.
TodayPress məlumat verir ki, dəriyə qulluq zamanı blogerlərin məsləhətlərinə kor-koranə inanmamaq tövsiyə olunur.
Burada özünüzün dəri tipinizə, yaşınıza və həyat tərzinizə uyğun baxım məhsullarını almağınız önəmlidir.
Səhv etməmək üçün məhsulu almazdan əvvəl kosmetoloqla məsləhətləşmək ən yaxşı həll yoludur.
Mütəxəssislər hesab edirlər ki, bir çox insanlar əsasən günəşdən qoruyan məhsullar alarkən səhvə yol verirlər.
Əksər qadınların il boyu günəşdən qoruyan kremlərə ehtiyacı var. Çünki ultrabənövşəyi şüalar dəriyə mənfi təsir göstərir, nəticədə fotoqocalma əlamətləri: qırışlar, hiperpiqmentasiya, möhkəmlik və elastikliyin itirilməsinə gətirib çıxarır.
Sırf üzə qulluq edib, boyun, dekolte və əllərə məhəl qoymamaq da yanlış addımdır. Bədənin bu hissələri daha tez qocalmaya məruz qalır. Bu bölgələrdə yağ vəziləri daha az aktiv işləyir və nəticədə dəri kəskin nəm çatışmazlığı yaşayır.
Günəş Mərd
tag: Dəri, Qulluq, İnsanlar, Qocalma, Bədən, todaypress.az,