Depressiya diaqnozu qoyan cihaz yaradıldı

Maraqlı

01.10.2024 17:30

Alimlər göz bəbəklərinin reaksiyaları və üz ifadələrindən istifadə edərək depressiyaya diaqnoz qoymaq üçün süni intellektə əsaslanan mobil proqram yaradıblar.  

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the ACM on Human-Computer Interaction” jurnalında dərc olunub.  

Dörd həftə davam edən təcrübədə 25 könüllü iştirak edib. Sistem xüsusi proqram vasitəsilə göz bəbəklərinin fotoşəkillərini çəkib. Məlum olub ki, gülümsəmənin artması xoşbəxtliklə deyil, depressiya əhval-ruhiyyəsinin təsirinin əlamətləri ilə əlaqələndirilir.  

Araşdırma zamanı depressiyadan əziyyət çəkən insanların səhərlər daha az üz hərəkətləri etdikləri aşkar edilib. Bu zaman yeni mobil depressiya diaqnostik sistemi “PupilSense”dən istifadə olunub. O, könüllülərdə pisləşən psixoloji vəziyyətləri 76% dəqiqliklə aşkar etməyi bacarıb.   

Tədqiqatçıların fikrincə, “PupilSense”dən istifadə diaqnozların qooyulmasını daha da asanlaşdıra bilər.

Günəş Mərd

tag: Depressiya,Alimlər ,Göz,PupilSense,todaypress.az,