Demansiya xəstəliyinin müalicəsi tapıldı

Maraqlı

10.06.2024 21:50

"Viaqra" təkcə erektil disfunksiyanın müalicəsində deyil, həm də demansiya xəstəliyinin qarşısının alınmasında faydalıdır.

TodayPressDaily Mail”ı istinadla xəbər verir ki, bunu amerikalı nevroloq Alaster Uebb deyib .

Uebb insultdan sonra yüngül zehni geriliyi olan xəstələri müalicə edərkən demansiya üçün gözlənilməz bir müalicənin tapıldığını söylədi. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, Viaqranın tərkibindəki aktiv maddə sildenafil beynin iri və kiçik damarlarına qan axını artırır və onların reaksiya sürətini artırır. "Bu iki əsas amil damar demansının ən çox yayılmış səbəbləridir" deyə nevroloq bildirib.

Mütəxəssis onu da əlavə edib ki, “Viaqra” demensiyanın qarşısını almaq üçün əlverişli və təhlükəsiz potensiala malikdir.

 GÜNEL

tag: Demansiya, Zehni gerilik, Alaster Uebb, Nevroloq, todaypress.az,