Demans xərçəng riskini azaldır

Maraqlı

19.09.2024 20:43

Demans xərçəng riskini azaldır.

 

TodayPress xəbər verir ki, bu barədə “PNAS” jurnalında məqalə dərc olunub.

 

Çin epidemioloqlarının araşdırmasına görə, Alzheimer xəstəliyinə bənzər simptomları olan siçanlarda şişlərin törədildiyi nəzarət siçanları ilə müqayisədə kolorektal xərçəngə tutulma riski daha azdır.

 

Təcrübələr zamanı tədqiqatçılar siçanlara kolorektal xərçəngə səbəb olan dərmanlar vurulub nəticədə alzheimer əlamətləri olan siçanlarda şişlər daha az inkişaf edib.

 

Tədqiqatçılar fərziyyəni yoxlamaq üçün sağlam siçanların bağırsaq mikrobiotasını Alzheimer xəstəliyinin əlamətləri olan siçanlara köçürüblər.


Transplantasiyada məlum olub ki, şişlər sağlam heyvanlarda olduğu kimi bu cür heyvanlarda da inkişaf edir. Bu, hər iki xəstəliyin inkişafında bağırsaq mikrobiotasının rolunu təsdiqləyib.


Aynur TAC

tag: Çin, Xərçəng, Alzheimer, Siçan,todaypress.az,