Delfinlərin bədənlərində sintetik opioidlər aşkarlandı
Maraqlı
07.12.2024 19:20
Korpus Kristidəki “Texas A&M” Universitetinin alimləri bir neçə elmi müəssisə ilə birlikdə Meksika körfəzində yaşayan butulka burunlu delfinlərin toxumalarında fentanil və digər dərman vasitələrinin izlərini aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə “iScience” jurnalında dərc olunan məqalədə deyilir.
Morfindən 100 dəfə güclü olan sintetik opioid olan fentanyl, 6 ölü delfinin yağ toxumasında, eləcə də 30 başqa fərddən alınan nümunələrdə aşkar edilib. Alimlər vurğulayırlar ki, bu maddə ekosistemlərin və qida zəncirlərinin sağlamlığını təhdid edir.
Təhlildə mürəkkəb yağ toxuması nümunələrində birləşmələrin yüksək texnologiyalı ayrılmasına əsaslanan qeyri-məqsədli analizdən istifadə edilib. Ümumilikdə, tədqiqatçılar ölü və canlı delfinlərdən biopsiya ilə toplanan 89 yağ nümunəsini təhlil ediblər. Nəticədə dərman, sakitləşdirici və rahatlaşdırıcı maddələr də daxil olmaqla 3000-dən çox kimyəvi birləşmə müəyyən edilib.
Araşdırmalar göstərir ki, bunun başlıca səbəbi körfəzlərə atılan tullantılardır.
Töhfə Səməd
tag: Delfin, Qida zənciri ,Opioid, Yağ toxuması ,todaypress.az,