Dəhşətli kəşf! Beynimizdəki fikirləri oxuya biləcəklər

Maraqlı

16.07.2024 14:32

Süni intellekt texnologiyaları və nevrologiya sahəsindəki inkişaflar son illərdə maraq doğuran nəticələr verib. 

TodayPress xəbər verir ki, Kaliforniyanın San Dieqo Universiteti və Kembricdəki Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanan elmi araşdırmaya görə, artıq beynimizdən keçən fikirlərin bir hissəsini beyin skaneri vasitəsilə öyrənmək mümkün olacaq. 

Alimlər insanların beynini dinləməklə, müxtəlif sözlərin mənalarını kodlayan neyronların indiyədək ən yüksək ayırdetmə xəritəsini yaradıblar. Hələlik tədqiqat yalnız ingilis dilində olan sözlərlə aparılır. 

Sınaqlarda epilepsiya əməliyyatına hazırlaşan 10 nəfər iştirak edib. Onların hər birinin beyninə elektrodlar implantasiya edilib və tutmaların mənbəyini müəyyənləşdiriblər. İştirakçılar ümumilikdə təxminən 450 sözdən ibarət çoxlu qısa cümlələri dinləyərkən, elm adamları hansı neyronların nə vaxt hərəkətə keçdiyini qeyd ediblər. 

Nəticədə beynin sözlərə təyin etdiyi kateqoriyaların iştirakçılar arasında oxşar olduğu, yəni insan beyninin bütün mənaları eyni şəkildə qruplaşdırdığı, bununla da gələcəkdə insan beynini asanlıqla oxumağın mümkün olacağı müəyyən edilib.

Günəş Mərd

tag: Süni İntellekt,San Dieqo Universiteti,Massaçusets Texnologiya İnstitutu,Elm, Maraqlı, todaypress.az,