Çöldə 3,6 min il yaşı olan xəzinə tapıldı
Maraqlı
06.08.2024 13:00
Arxeoloqlar Çexiyada ekspedisiya zamanı Tunc dövrünə aid xəzinə aşkar ediblər.
TodayPress xəbər verir ki, Bu barədə “Livescience” məlumat yayıb.
Tədqiqatçılar Praqa yaxınlığındakı tarlada səkkiz qolbaq, iki sancaq, səkkiz balta və bir nizə ucu tapıblar. İlkin hesablamalara görə, metal detektorların köməyi ilə tapılan əşyaların əksəriyyəti eramızdan əvvəl 1600-cü illərə aiddir. Belə ki, xəzinənin yaşı təxminən 3,6 min ildir.
Yaxın gələcəkdə tapıntılar muzeylərin birində sərgilənəcək.
Töhfə Səməd
tag: Çexiya, Arxeoloqlar, Praqa, Muzey,Tunc Dövrü, todaypress.az,