Çiy yeyildikdə faydalı olan tərəvəzlər

Maraqlı

02.10.2024 16:45

Brokoli, kələm və bolqar bibərini çiy və ya buxarda bişirib yedikdə onların tərkibindəki vitaminlər uzun müddət orqanizmdə qalır. 

TodayPress xəbər verir ki, bu barədə dietoloqlar bildirib.     

Onların sözlərinə görə, tərəvəzlərin istiliyə məruz qalmasının bir sıra mənfi tərəfləri var. 

Məsələn, yerkökü bişirilərkən onun tərkibindəki “C” vitamininin səviyyəsi azalır. Bu, vitamin dərinin elastikliyinə cavabdeh olan kollagenin saxlanmasında mühüm rol oynayır.  Bu baxımdan brokoli və bolqar bibərinin çiy istehlak edilməsi tövsiyə edilir. 

Dietoloqlar onu da qeyd ediblər ki, yağda həll olunan vitaminlər (A, D, E və K) və fitonutrientlər (xüsusilə beta-karotin, likopen və digər karotenoidlər) yağla daha yaxşı mənimsənilir. Bu o deməkdir ki, xam tərəvəzləri bitki yağı ilə istehlak etmək daha faydalıdır.    

Günəş Mərd

tag: Tərəvəzlər ,Çiy, Yemək, Dietoloqlar ,C Vitamini ,todaypress.az,