Çiplənən xəstə kompüteri dili ilə idarə etməyi öyrəndi

Maraqlı

05.05.2025 17:26

13

İlon Maskın "Neuralink" şirkəti tərəfindən beyin implantı yerləşdirilən üçüncü şəxs - Bredford Smit "YouTube"da yayımladığı videoda çip vasitəsilə kompüteri necə idarə etdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, boyundan aşağı iflic olan və danışa bilməyən Smit, implantla internetdən istifadə edir, video çəkir və yaxınları ilə ünsiyyət qurur.

Mühəndislər əvvəlcə onun kompüteri düşüncə ilə idarə etməsini planlaşdırsa da, bunun çətin olduğunu görüb alternativ üsul tapıblar.

Bundan əlavə, komanda onun keçmiş səs yazılarına əsaslanaraq səsini süni şəkildə bərpa edib. İndi Smit öz "səsi" ilə videolar yarada bilir.

Türkan İsgəndərli

tag: İlon Mask,Neuralink,Çip,Beyin,todaypress.az,