Çində tarixi missiya - Kəşfiyyat gəmisi Aya uğurlu eniş etdi
Maraqlı
02.06.2024 08:40
Mayın 3-də Çinin Ayın qaranlıq hissəsindən qaya və torpaq
nümunələrini toplamaq üçün kosmosa göndərdiyi “Çanq-e 6” kosmik gəmisi
missiyasını uğurla həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə Çinin
dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, gəmi Günəş sistemindəki nə böyük
kraterlərindən biri olan nəhəng Cənub Qütbü-Aitken hövzəsinə enib. Bu, Ayın
qaranlıq yarımkürəsindən ilk qaya və torpaq nümunələrinin toplanması məqsədi
daşıyan əlamətdar missiya kimi dəyərləndirilir.
Mütəxəssislər prosesin iyunun 25-də başa
çatacağının gözlənildiyini bildiriblər. Missiya uğurlu olarsa, Çin Ayın
qaranlıq hissəsindən qaya və torpaq nümunələrini toplayan ilk ölkə olacaq.
tag: Çin ,Cənub Qütbü-Aitken ,Kosmik gəmi ,Ay, todaypress.az,