Çin “CentiSpace-1” peyklərini orbitə çıxardı
Maraqlı
13.01.2025 12:11
Çinin "Chinarocket” şirkəti “Jielong-3” raketində 10 ədəd “CentiSpace-1” kiçik peykini uğurla orbitə çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Kosmik gəmisi olan daşıyıcı bu gün səhər saatlarında Sarı dənizdəki platformadan orbitə çıxıb. Peyklər Yerin aşağı orbitinə uğurla buraxılıb.
Qeyd edək ki, bundan öncə “Jielong-3” dəniz platformasından 2024-cü ilin sentyabrında və 2023-cü ilin dekabrında buraxılıb.
Dörd pilləli bərk yanacaqlı “Jielong-3” raketi aşağı Yer orbitinə 1,5 tona qədər faydalı yük çatdırmağa qadirdir.
Günəş Mərd
tag: Çin, Peyk,Raket, Platforma, todaypress.az,