Buzlu yollarda zədə riskini azaltmaq üçün faydalı məsləhətlər
Maraqlı
09.01.2025 16:08
Düzgün ayaqqabı seçimi və sadə ehtiyat tədbirlərinə riayət etmək qışda zədə riskini minimuma endirməyə kömək edəcək.
TodayPress xəbər verir ki, həkimlər dabansız sabit ayaqqabı seçməyi buz bağlamış yollarda təhlükəsizliyi qorumaq üçün başlıca üsul adlandırıblar.
Gəzərkən bədəninizin düzgün tarazlığını təmin etmək üçün əllərinizi cibinizdə saxlamamalısınız. Ayaqları dizlərdən bir az əyilmiş vəziyyətdə saxlanmalı, addımlar qısa olmalıdır.
Həkimlər qeyd edirlər ki, buz üzərində sürüşüb yıxılan zaman anidən ayağa qalxmaq olmaz. Bu, radius və dirsək sümüklərinin sınıqları, ön qol sümüklərinin yerindən çıxması riskini artırır.
Qış əyləncəsi üçün düzgün yerləri seçmək də eyni dərəcədə vacibdir. Xizək enişləri su hövzələrindən, yollardan, ağaclardan və daşlardan uzaq olmalıdır.
Günəş Mərd
tag: Buz, Vəziyyət, Yol ,Faydalı, todaypress.az,