Buzlaqların əriməsi rekord həddə çatdı

Maraqlı

21.03.2025 13:50

2190

Dünyada 2022-2024-cü illərdə buzlaqların əriməsi tarixi maksimuma çatıb.

TodayPress xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Meteorologiya Təşkilatı və Ümumdünya Buzlaq Monitorinq Xidməti məlumat yayıb.

“Bir çox regionlarda əvvəllər "əbədi donmuş torpaq" adlandırılan ərazilər indi təhlükə altındadır. Alimlər deyir ki, həmin bölgələr XXI əsrin sonuna qədər yox olacaqlar” deyə məlumatda bildirilib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, buzlaqların əriməsinin sürətlənməsi milyonlarla insanı içməli su mənbəyindən məhrum edəcək və təbii fəlakətlərin sayını artıracaq.

Qeyd edək ki, hazırda Yer kürəsində ümumi sahəsi 700 min kvadrat kilometr olan 275 mindən çox buzlaq mövcuddur və bu buzlaqlar dünya üzrə şirin su ehtiyatlarının təxminən 70%-ni təşkil edir.

Töhfə Səməd

tag: Buzlaq,BMT,Meteorologiya,Monitorinq ,XXI ,todaypress.az,