Braziliyalı cütlük tarix yazdı
Braziliyalı cütlük 84 il 77 gün birlikdə yaşayaraq, ən uzun evlilik üzrə dünya rekordu müəyyən edib.
TodayPress xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabı məlumat yayıb.
Bildirilib ki, 105 yaşlı Manoel və 101 yaşlı Mariya ən uzun evli cütlük olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Cütlük sevgini xoşbəxt birliyin sirri adlandırıb.
Bu müddət ərzində onlar 13 uşaq böyüdüb, həmçinin 55 nəvə, 54 nəticə və 12 kötücəyə sahib olublar.
Nicat Osman
tag: Braziliya,Rekord,Ginnes Rekordlar Kitabı,Cütlük,Todaypress.az,