Böyrəklərdə daş əmələ gətirən bitki

Maraqlı

16.09.2024 14:28

Bəzi göyərtilər böyrəklərdə daşların yaranmasına səbəb olur. 

TodsayPress xəbər verir ki, bu problem daş əmələ gətirə bilən çoxlu oksalat ehtiva edən ispanaqın həddindən artıq istehlakından qaynaqlana bilər. 

Ekspertlərin sözlərinə görə, oksalatlar kalsiumun udulmasına mane ola bilər ki, bu da gut və ya müəyyən növ böyrək daşları olan insanlar üçün xoşagəlməz hal yarada bilər.

İspanağın tərkibində histamin və protein profili var. Buna görə də allergiyası olan insanlara bu bitkidən istifadə məsləhət görülmür. 

Mütəxəssislərin fikrincə, göyərtilərdə oksalat turşusu olduğuna görə mədə xorası və şəkərli diabet xəstələrinin pəhrizindən xaric edilməsi məqsədə uyğundur.

Nərmin Tuncay

tag: Alimlər, Böyrəklər,Böyrək Daşı ,İspanaq ,Allergiya ,todaypress.az,