Bir ağac eyni anda 40 müxtəlif meyvə verəcək - UNİKAL KƏŞF
Filadelfiyadakı Templ Universitetinin kampusunda "40 meyvə ağacı" adlandırılan heyrətamiz bitki əkilib.
TodayPress xəbər verir ki, bu barədə "Popular Science" məlumat yayıb.
Tədqiqatçılar gələcəkdə unikal ağacdan ərik, albalı, şaftalı, gavalı və digər çəyirdəkli meyvələrdən 40 növ meyvə verəcəyini gözləyirlər.
“Focus” xəbər verir ki, alimlərin fikrincə, “40 meyvə ağacı” kənd təsərrüfatı və incəsənətin qarşılıqlı təsirinin heyrətamiz nümunəsidir.
Unikal kəşf müasir rəssam Sam Van Aken tərəfindən yaradılıb.
Töhfə Səməd
tag: 40 meyvə ağacı,Unikal Kəşf,Alimlər,Araşdırma,Todaypress.az,
