Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
Hazırkı vəziyyətə görə, Qeyts sərvətinin 99%-ni versə belə, yenə milyarder olaraq qalacaq. Microsoft-un qurucusu və bir zamanlar dünyanın ən varlı adamı olan Bill Qeyts elan edib ki, sərvətinin "demək olar ki, hamısını" öz fondunun vasitəsilə paylayacaq. Fond isə 31 dekabr 2045-ci ildə fəaliyyətini dayandıracaq.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Qeyts bildirib ki, fond növbəti 20 il ərzində 200 milyard dollardan çox vəsait xərcləyəcək.
Forbes onun sərvətini 112 milyard dollardan çox qiymətləndirir. Əvvəlcə plan bu idi ki, fond Qeyts və o zamankı həyat yoldaşının ölümündən bir neçə onillik sonra bağlanacaqdı. Lakin Qeyts indi hesab edir ki, “daha qısa müddətlər” də mümkündür.
"BBC"yə müsahibəsində bu qərarın səbəbi soruşulanda Qeyts belə cavab verib: gələcək 20 ildə dünyada başqa varlı insanlar olacaq və onlar insanlara necə yardım etməyin yollarını daha yaxşı anlayacaqlar.
tag: Qeyts, Milyarder, Sərvət, Forbes, todaypress.az,