Beyin qocalığının qarşısını alan ƏRZAQLAR

Maraqlı

15.10.2024 10:18

Yağ turşuları, antioksidantlar, karotenoidlər, "E" vitamini və xolinlər beyin sağlamlığını qorumağa kömək edir. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Nebraska Universitetinin alimləri araşdırma aparıblar. Təcrübədə 65-75 yaşlı 100 nəfər koqnitiv sağlam insan iştirak edib. Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları olan məhsullar - yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, tumlar və zeytun yağı istehlak ediblər.

O da müəyyən olunub ki, idrak sağlamlığını qorumaq üçün antioksidantlar və karotenoidlər vacibdir. Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur. 

Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, "E" vitamini və xolin beynin qocalmasını ləngidə bilir. Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir.

Nərmin Tuncay

tag: Beyin ,Ərzaqlar ,Vitaminlər ,Heyvan Mənşəli ,Yağ Turşuları, todaypress.az,