Beton hasara çırpılan delfin öldü
Maraqlı
04.02.2025 19:50
Meksikanın “Barcelo Riviera Maya” kurortunda şou zamanı delfin faciəvi şəkildə ölüb.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Turistlər tərəfindən çəkilmiş videoda bir qrup delfinlərin eyni anda sudan atıldığı an lentə alınıb.
Lakin onlardan biri hovuzlar arasındakı ensiz beton zolağa düşüb.
Delfin hovuzun kənarında hərəkətsiz vəziyyətdə qalanda tamaşaçılar şoka düşüb.
Təlimçi dərhal delfinə yardım göstərmək üçün müdaxilə etsə də, ağır zədə almış heyvan ölüb.
Şou zamanı delfinin dəhşətli ölümü beynəlxalq heyvan haqları qrupları arasında qəzəblə qarşılanıb.
“Animal Heroes”, “Dolphin Freedom”, “Marea” və “Oceanos De Vida Libre” daxil olmaqla beynəlxalq heyvan hüquqlarının müdafiəsi qrupları birgə bəyanat yayıb.
Fəallar Meksika hakimiyyətə məktublar göndərsələr də, onların xahişləri cavabsız qalıb. Bəyanatda həmçinin qeyd olunub ki, son bir ildə eyni delfinariumda daha iki delfin ölüb. Artıq bir ildir ki, onlar Meksikada bu delfinariumun bağlanmasını tələb edirlər.
Nicat Osman
tag: delfin,faciə,todaypress.az,