Bel ağrılarına son qoyan ən yaxşı idman növü

Maraqlı

07.10.2024 15:25

Bel ağrılarından əziyyət çəkən ofis işçiləri üçün ən yaxşı idman növünün adı açıqlanıb. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bel problemlərindən qurtulmağa kömək edəcək ən yaxşı üsul “skandinav yerişi”dir. 

“Skandinav yerişi” xizək çubuqlarına çox oxşar xüsusi dirəklərlə gəzməkdir. Bu zaman qolların və ayaqların hərəkətləri növbəli və ritmik şəkildə baş verir. 

“Skandinav yerişi” bədənin əzələlərini gücləndirir, oynaqlara və onurğaya düşən yükü azaldır, tənəffüs və ürək-damar sistemlərinin fəaliyyətini, eləcə də yerişi və duruşu yaxşılaşdırır, ritm hissini inkişaf etdirir və arıqlamağa kömək edir.

Qeyd edək ki, “Skandinav yerişi” XX əsrin 30-cu illərində Finlandiyada yaranıb.

tag: Bel Ağrıları ,Mütəxəssislər ,Skandinav Yerişi ,Xəstəlik ,Sağlamlıq ,todaypress.az,