Baş və boyun xərçənginə səbəb olan qidalar

Maraqlı

02.08.2024 09:59

Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, tərkibində çox miqdarda metionin amin turşusu olan qidalar baş və boyun nahiyəsində bədxassəli şişlərə səbəb ola bilər. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, digər şiş növləri ilə müqayisədə ağız xərçəngi daha çox metionin ehtiva edir. 

Metionin insanların dəniz məhsulları, yumurta və mal əti kimi qidalardan aldığı bir amin turşusudur. 

Tədqiqatlar göstərib ki, metioninin hüceyrələrə daxil olmasında iştirak edən membran zülalının əngəllənməsi şişin böyüməsini yavaşlatır. 

Bundan əlavə, heyvanlar və orqan və toxumaların laboratoriya modelləri üzərində aparılan təcrübələr göstərib ki, bədəndə metioninin az olması  xərçəng şişlərinin böyümə sürətini yarıya qədər azaltmağa kömək edir. 

Bədxassəli hüceyrələr normal hüceyrələrdən daha çox metioninə ehtiyac duyurlar. Onların həyatını davam etdirmək üçün buna ehtiyacı var. Eyni zamanda, normal hüceyrələr bu amin turşusunun çatışmazlığına daha az həssasdırlar. 

Günəş Mərd

tag: Kaliforniya, Laboratoriya, Xərçəng, Hüceyrələr,Qida, todaypress.az,