Balın zərərləri açıqlandı

Maraqlı

17.08.2024 13:47

Balın həddindən artıq istehlakı müəyyən kateqoriyaya aid insanlar üçün riskli ola bilər. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu təbii dadlandırıcı diabetli insanlar üçün təhlükəli ola bilən yüksək miqdarda fruktoza və saxaroza ehtiva edir. 

Mütəxəssislər bu məhsulun istifadəsinin qanda qlükoza səviyyəsində kəskin sıçrayışlara səbəb ola biləcəyini bildiriblər. 

Qeyd olunub ki, xora, qastrit və digər mədə-bağırsaq xəstəlikləri olan insanlar baldan istifadə edərkən diqqətli olmalıdırlar. Artıq çəkidən əziyyət çəkən insanlar da bu məhsulun istehlakını məhdudlaşdırmalıdırlar.

Bal təbii məhsuldur, lakin çox miqdarda kalori və şəkər ehtiva edir. Ona görə də arıqlamaq istəyən və ya piylənmə diaqnozu qoyulan insanlar şəkər əvəzedicisi kimi baldan ehtiyatla istifadə etməli və qida rasionunda onun kalorililiyini nəzərə almalıdırlar.

Mütəxəsislər, gündə yeməkdən sonra maksimum iki yemək qaşığı bal yeməyi tövsiyə edilər. 

Günəş Mərd

tag: Bal, Yemək, Zərər, Mütəxəssislər, Kalori, todaypress.az,