Bağırsaqların fəaliyyətini yaxşılaşdıran idman növləri

Maraqlı

17.08.2024 12:17

Alimlər bağırsaqların fəaliyyətini yaxşılaşdıran idman növlərinin adlarını açıqlayıblar. 

TodayPress  xəbər verir ki, tədqiqat “Nutrients” jurnalında dərc olunub.

Bildirlib ki, aerobik məşqlər - qaçış, üzgüçülük və velosiped sürmək bağırsaqlara kömək edir, “Lactobacillus” və “Bifidobacterium” kimi faydalı bakteriyaların böyüməsini stimullaşdırır. Bu bakteriyalar iltihab əleyhinə qısa zəncirli yağ turşuları (SCFAs) istehsal edir.

Alimlər vurğulayıblar ki, yağ turşuları yoğun bağırsağı əhatə edən hüceyrələr üçün enerji mənbəyidir və iltihab əleyhinə təsir göstərir.

Günəş Mərd

tag: Bağırsaqlar, Məşqlər, Alimlər,İdman Növləri, Hüceyrələr, todaypress.az,