Bağırsaq iltihabını ağırlaşdıran qidalar

Maraqlı

21.10.2024 18:25

Alimlər müəyyən ediblər ki, yağ, çörək, xəmir və nişasta kimi yüksək qatqılı qidalar Kron xəstəliyinə səbəb ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə aparılan tədqiqatın nəticələri Avstriyada keçirilən Avropa Qastroenteroloqlar İttifaqının konfransında təqdim olunub.   

Təxminən yarım milyon britaniyalı Kron xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik şiddətli ağrı, ishal, yorğunluq və əhəmiyyətli çəki itkisinə səbəb olur.  

Bəzi hallarda bağırsaqların daralmasına səbəb ola bilər ki, bu da qidanın həzm olunmasını çətinləşdirir. Bu iltihablı bağırsaq xəstəliyi olan xəstələrin təxminən üçdə biri əməliyyat olunur.

Kron xəstəliyi olan 100-dən çox xəstə üzərində aparılan yeni bir araşdırmanın nəticələri göstərib ki, çoxlu çörək, xəmir məmulatları, nişastalı qidalar, heyvan mənşəli yağlar yemək Kron xəstəliyinin təkrarlanma riskini üç dəfə artırır. 

Alimlər bunun həmin qidaların tərkibində emulqatorların - inqrediyentləri qarışdırmaq üçün istifadə olunan maddələrin olması ilə əlaqədar ola biləcəyini bildiriblər. Ancaq bunu təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var.

 Günəş Mərd

tag: Bağırsaqlar, Sağlamlıq, Alimlər, İltihab, Qidalar, Həzm, todaypress.az,