Bağbanlar qışa necə hazırlaşmalıdır? – Ekspert açıqladı

Maraqlı

25.09.2024 18:25

Rusiya Bağbanlar İttifaqının eksperti Olqa Voronova bildirib ki, payızda məhsul yığdıqdan sonra bağbanlar əkinlərini qış soyuqluğuna hazırlamağa başlasalar da, bunu çox vaxt səhv edirlər. 

TodayPress xəbər verir ki, o, qeyd edib ki, bir çox bağban gecə havanın temperaturu sıfıra enən kimi bitkilərinin üzərini örtürlər. 

Mütəxəssis xəbərdarlıq edib ki, bu, bitkinin şaxtaya davamlılığını artıran maddələrin istehsalını əngəlləyir. Ona görə də, bunu etmək məsləhət görülmür. 

Digər səhv addım isə bağbanların bitkilərə payızda su verməkdən imtina etməsidir. Onun fikrincə, sentyabr və oktyabr aylarında bitkilərin bol suvarılmağa ehtiyacı var, çünki nəmlə doymuş kök sistemi soyuğa daha çox dözümlü olur. Ekspert bildirib ki, bitkinin kökü qışlamadan əvvəl quruyarsa, bitkilər yazda oyanmaya bilər.


Töhfə Səməd

tag: Qış,Şaxta,Bağban,Əkin,Bitki,Olqa Voronova,todaypress.az,