Ayda mağara kəşf edildi
Maraqlı
16.07.2024 05:35
Alimlər ilk dəfə Ayda mağara
aşkar ediblər.
TodayPress xəbər verir, ən azı
100 m dərinlikdə, insanlar üçün daimi baza qurmaq üçün ideal yer ola bilər.
Tədqiqatçıların fikrincə, bu,
“yeraltı, kəşf edilməmiş dünyada” gizlənmiş yüzlərlə mağaradan sadəcə biridir.
Ölkələr Ayda daimi insan
varlığını yaratmaq üçün yarışır, lakin onlar astronavtları radiasiyadan, həddindən
artıq temperaturdan və kosmik hava şəraitindən qorumalı olacaqlar.
Kosmosa səyahət edən ilk
britaniyalı astronavt Helen Şarman “BBC News”a bildirib ki, yeni kəşf edilən
mağara baza üçün yaxşı yer kimi görünür və insanlar 20-30 ildən sonra potensial
olaraq Ay çuxurlarında yaşaya bilərlər.
Lakin, o, qeyd edib ki, bu
mağara o qədər dərindir ki, astronavtlar içəri girib çıxmaq üçün “reaktiv
paketlər və ya liftdən” istifadə etməli ola bilərlər.
Nəzrin Cavadzadə
tag: todaypress.az, Ay, Mağara, BBC News, Alimlər,