Ayda içməli su mənbəyi tapılıb
Maraqlı
03.06.2024 09:16
ABŞ-ın Baylor Universitetinin alimləri Ayda qurulacaq yaşayış bazalarını təmin etmək üçün su mənbələri aşkar ediblər.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “ The Astronomical Journal”da dərc olunub .
Məqalə müəllifləri 100 nəfərlik 500 x 100 x 6 metr ölçülü Ay kolonizasiyasında suyun əldə olunması və təhlükəsiz istehlakı üçün təmizlənməsi üsullarını araşdırıblar.
Tədqiqatda Amerikada su istehlakının cari təxminlərindən istifadə edilib. Ay yaşayış bazasında 100 nəfər üçün nəzərdə tutulan ümumi su tələbatının şəxsi istifadə üçün ildə 4 milyon galondan, kənd təsərrüfatında istifadə üçün 23 milyon gallondan, sənaye istifadəsi üçün 652.000 galondan çox olacağı müəyyənləşdirilib.
Tədqiqat göstərdi ki, baza üçün ən yaxşı yer Ayın Cənub qütbünə yaxın su buzu yataqlarının yerləşdiyi Şeklton və De Gerlaks kraterlərinin ərazisidir. Şeklton Krateri daimi kölgədə olan ərazidə olduğu üçün su buzlarının orda milyard illər ərzində yığılmış ola biləcəyi bildirilib.
Günel
tag: Ay Kolonizasiyası ,Krater,Cənub Qütbü,Şeklton Krateri,todaypress.az,